Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Ersin Tatar gənclərə səsləndi: “Şimali Kipr Türk Cümhuriyyətini qoruyun!”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar 19 May – Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə gənclərə mesaj ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, Ersin Tatar müraciətində gənclərə Şimali Kipr Türk Cümhuriyyətini qorumağı tövsiyə edib.

Ersin Tatar mesajında məzlum xalqlar və haqlara örnək olan Qurtuluş savaşının Kipr Türk xalqına da ilham qaynağı olduğunu, Kipr Türk xalqının Atatürk prinsip və inqilablarından aldığı güclə ən qaranlıq dönəmlərdə, hər cür çətinliklərə rəğmən mücadiləsini sürdürdüyünü və bu mücadiləni öz suverenliyinə dayanan ŞKTC ilə şərəfləndirdiyini vurğulayıb. 

Dövlətdən, sahib olduqları suverenlik ilə azadlıqdan vaz keçmələrinin mümkün olmadığını dilə gətirən Tatar bunları qorumaq və yaşatmağın gənclərə olan borcları olduğunu bəyan edib. 

“Atatürk Türkiyə Cümhuriyətini Türk gənclərinə əmanət etdiyi kimi, ŞKTC-nin də gələcəyi və təminatı gəncliyimizədir. ŞKTC gənclərimizin və gələcək nəsillərimizin çiyinlərində ucalacaq. Buna şübhəmiz yoxdur. Ən vacib vəzifələrimizdən biri gənclərimizə layiq olduqları bütün imkan və hüquqları, layiq olduqları təhsil və tədrisi sülh və təhlükəsizlik şəraitində təmin etməkdir. Bu məqsədlər üçün hər cür səy göstəririk və etməyə davam edəcəyik. Gəncliyimizdən gözlədiyimiz budur ki, şəhidlərimizdən əmanət alınan ŞKTC ilə bütün milli dəyərləri qorusunlar.

Ölkəmizi və dünyanı təsiri altına alan Covid-19 epidemiyası səbəbiylə, alınan tədbirlər çərçivəsində 19 May – Atatürkü Anma, Gənclik və İdman gününü qeyd edərkən hər şeyə rəğmən böyük bir həyəcan və coşğu yaşadığınızı bilirəm. Arzu edirəm ki, keçən il olduğu kimi, gələn il bu bayramı küçələrdə, meydanlarda və hər yerdə qeyd edək.

ŞKTC və Türkiyə Cümhuriyəti ilə bütün dünya gəncliyinin 19 May – Atatürkü Anma, Gənclik və İdman gününü səmimi qəlbdən təbrik edərək, Mustafa Kamal Atatürk və silahdaşlarını və bütün şəhidlərimizi rəhmətlə anıram”, – deyə o qeyd edib.

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …