Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ersin Tatar Türkiyə Prezidenti ilə görüşəcək

Nazirlər Şurasının dünənki toplantısına sədrlik edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcyini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, görüş bazar ertəsi Cenevrə görüşündən əvvəl baş tutacaq.

Ersin Tatar, açıqlamasında Nazirlər Şurasının iclasına Baş nazir Ersan Sanerin dəvəti ilə gəldiyini və Cenevrədə keçiriləcək 5 + BMT iclasının yanında müxtəlif məsələlərin müzakirə edildiyini söyləyib.

Cenevrə görüşündən əvvəl Ankaraya gediləcəyini və Türkiyə Prezidenti ilə görüşəcəyini ifadə edən Ersin Tatar Cenevrədə ortaya qoyacaqları məsələləri dəyərləndirmə şansı əldə ecəcəklərini qeyd edib.

Ersin Tatar Ərdoğan ilə Cenevrə öncəsində Türkiyə ilə birlikdə Kipr Türk tərəfinin ortaya qoyacağı yeni siyasəti, yəni suveren bərabərliyə dayanan yanaşı yaşayan iki dövlətin artıq həllaxtarışları içində tək real yol olduğunu dəyərləndirəcəklərini deyib.

Bununla yanaşı, ölkədaxili məsələləri müzakirə etdiklərini ifadə edən Tatar keçmiş Baş nazir olraq, COVID-19-a qarşı mübarizə və başqa məsələləri müzakirə etdiklərini bildirib.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …