Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ersin Tatar Türkiyəyə səfər edib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bu gün Türkiyəyə səfər edib.

Boyukmillet.com xəbər verir ki, Ersin Tatar 3-7 sentyabrda Ankara, Konya və Kütahyada düzənlənəcək tədbirlərə qatılacaq.

Səfər çərçivəsində dövlət başçısı Kıbrıs qaziləri və QHT təmsilçiləri ilə bir araya gələcək, Kıbrıs məsələsi ilə bağlı konfransda iştirak edəcək.

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı Nümayəndəliyindən verilən məlumata görə, Ersin Tatar Ankaraya gəlişindən sonra Kastamonuya hərəkət edəcək və sel fəlakətinin yaşandığı bölgəni ziyarət edəcək, yerli əhali ilə görüşəcək.

Prezident Tatar sentyabrın 4 -də Ankarada Türk Vəkillər Birliyi Birliyinin təqdim edəcəyi brifinqinə qatılacaq və Kıbrıs mövzusunda açıqlamalar verəcək.

Sentyabrın 5-də Kütahyada keçiriləcək tədbirlərə qatılan Tatar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları ilə bir araya gələcək, yerli qəzetlər və telekanallar üçün Kıbrısla bağlı son prosesləri dəyərləndirəcək.

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti sentyabrın 8-də ölkəsinə dönəcək.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …