Bazar , 19 Yanvar 2025
Drone Cameras

Ersin Tatar yüksək mükafata layiq görüldü

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar 17-ci Beynəlxalq İpəkyolu İlin Altun Adamları mükafat mərasimində “İlin Dövlət Xadimi” mükafatına layiq görülüb.

Avropa.info xəbər verir ki, Prezident Adminstarsiyasından yayılan açıqlamaya görə, tədbirdə Türk dünyasının tanınmış adamları və 10-dan artıq ölkədən qonaqlar iştirak edib.

Mərasim zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub. 

Mərasimə göndərdiyi məktubda Ersin Tatar Kipr danışıqları çərçivəsində davam edən sıx diplomatiya və xarici səfərlər səbəbiylə mükafat gecəsinə qatıla bilmədiyinə görə təəssüfləndiyini dilə gətirib və “Dövlət xadimi” adına layiq görülməsindən məmnun olduğunu bildirib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …