Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ersin Tatardan “beşinci kolon”a sərt etiraz: “Kimsənin həddi deyil…”

Şimali Kipr Türk cümhuriyyətinin Prezidenti Ersin Tatar Kipr Türkünün azadlıq və müstəqillik mübarizəsinin lideri Dr. Fazıl Küçükə qarşı edilən çirkin və haqsız hücumları qınayıb. 

Boyukmillet.com xəbər verir ki, Cenevrədə keçiriləcək Kipr məsələsi ilə əlaqədar qeyri-rəsmi toplantıdan əvvəl, yan-yana yaşayan iki ayrı dövlətə əsaslanan suveren bərabərliyə söykənən həll təkliflərinin xalq tərəfindən böyük dəstək aldığını qeyd edən Tatar, təxribatçı xəbərlərin və İnsanların birliyini və bütövlüyünü pozmağa və qütbləşmə yaratmağa yönəlmiş ictimai rəy formlaşdırmaq cəhdlərinin artdığını dilə gətirib.

Bunların Kipr Türk xalıq ilə Ana Vətən arasındakı sarsılmaz bağları da hədəf aldığını deyən Ersin Tatar, “yunan idarəçiləri ilə təbliğat orqanları xalqımızın milli dəyərlərini, milli liderlərini, Türk Müqavimət Təşkilatını, Türkiyəni hədəf alarkən, “beşinci kolon” fəaliyyətini davam etdirənlər də eyni istiqamətdə və eyni hədəflərə doğru hərəkət etdi”, deyib.

Müəyyən dairələr tərəfindən bəzi qəzetlərdə və sosial mediada qurucu prezident Rauf R. Denktaşa qarşı hücumların olduğu və azadlıq və istiqlal mübarizəsinin lideri Dr. Fazıl Küçük’e qarşı çox çirkin və aşağı səviyyəli hücumların gündəmə gətirildiyini qeyd edən Tatar, “Bu hücumların hansı məqsədlə edildiyini çox yaxşı bilirik”, -deyə qeyd edib:

“Kipr Türk xalqının yunanlara kölə olmaması, azadlığını və müstəqilliyini qazanma mücadiləsində 1940-cı illərdən etibarən öndərlik edən, bu mücadiləyə damğasını vuran və çox böyük xidmətləri olan Dr. Fazıl Küçük son nəfəsinə qədər mücadiləyə davam etmişdir. Atatürk prinsiplərindən ilham alan və “Kipr məsələsi Türkiyəsiz həll edilə bilməz” deyərək, həyatı boyu mücadilə edən Dr. Fazıl Küçükə həqarət etmək kimsənin həddi deyil. Bəzi insanlar tərəfindən edilən bu hərəkətlər Kipr Türk xalıqına edilmiş həqarətlər səviyyəsindədir. Buna seyirci qalacaq deyiləm. Dr. Fazıl Küçükə yönəlmiş bu çirkin və səviyyəsiz hücumları qətiyyətlə qınayır, lazım olan hüquqi cəhdlərin ediləcəyi və məsələnin təqibçisi olacağımı bildirirəm”.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …