Suriyanın devrilmiş lideri Bəşər Əsədin Moskvaya sığındığı açıqlanıb. İngilis Teleqraf qəzeti burada Əsəd ailəsini çox dəbdəbəli həyatın gözlədiyini yazıb. Sərvətinin 2 milyard dollar civarında olduğu təxmin edilən ailənin Moskvada dəbdəbəli göydələnlərdə 18 mənzili olduğu deyilir.
Boyukmillet.com xəbər verir ki, Kreml prezident Vladimir Putinin onunla görüşmək planının olmadığını açıqlayıb.
Putinin dəvətlərində iştirak edə bilməsə də, Moskvada onu dəbdəbəli həyat gözləyir.
Britaniyanın Teleqraf qəzetinin məlumatına görə, Suriyanın devrilmiş lideri Bəşər Əsəd böyük sərvətlə Moskvaya gedib.
Əsədin sərvətinin 2 milyard dollara çatdığı təxmin edilir. Əsəd ailəsinin Moskva və Londonda da mülklərinin olduğu məlumdur.
Ailənin Moskvada iki göydələndən ibarət lüks kompleksdə 18 mənzilinin də olduğu bildirilir.
Bəşər Əsəddən başqa onun həyat yoldaşı Esma Əsədin və 21-24 yaş arası üç övladının da Moskvada olduğu təxmin edilir.
Deyilənə görə, Bəşər Əsədin oğlu Hafiz Əsəd bu hadisələrdən əvvəl Moskvada riyaziyyat üzrə doktorluq dərəcəsi alırmış və Moskvanın dəbdəbəli gecə həyatında tanınmış bir ad idi.
Bəşər Əsəd Rusiyaya sığınan ilk devrilmiş lider deyil. 2014-cü ildə Ukraynada baş verən etirazlardan sonra o vaxtkı prezident Viktor Yanukoviç Rusiyaya qaçıb.
Yanukoviçin də burada dəbdəbəli həyatı olduğu və tez-tez Soçidə ov məclislərinə getdiyi deyilir.
2005-ci ildə Qırğızıstanda baş verən inqilabdan sonra prezident Əsgər Akayev Rusiyaya sığınmalı olub.
Akayevin daha sadə həyata üstünlük verdiyi və Moskva metrosunda çəkilmiş fotoşəkillərin olduğu bildirilir.