Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Estoniya digər ölkələrdən viza almış rusları ölkəyə buraxmayacaq

Estoniya Avropa İttifaqının digər ölkələrində verilmiş vizalarla rusları ölkəyə buraxmamağı planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reynsalu bildirib.

“Hazırda Estoniyada Avropa Birliyinin digər ölkələrində verilmiş vizalarla Estoniyaya girişi qadağan edən bir həll hazırlanır. Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi gələn həftə Estoniya tərəfindən verilməmiş Şengen vizası olan Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması barədə mümkün təkliflərini hazırlayacaqlar”-deyə, o bildirib.

Check Also

ABŞ Senatı İrana qarşı hərbi güc tətbiqini qadağan edən qətnaməni rədd edib

ABŞ Senatı administrasiyanın qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini …