Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsi çox vacib problemdir və mümkün qədər tez həll edilməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Şuşada olan Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim bildirib.

“Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə öz həllini tapacaq. Bu nə qədər tez baş versə, dövlət ərazilərin bərpası üzərində işlərə bir o qədər tez başlaya biləcək”, – səfir deyib.

“Beynəlxalq ictimaiyyət bərpa işlərinə çox böyük töhfə verə bilər. Bildiyim qədərilə bir çox təşkilatlar artıq bu istiqamətdə fəaliyyət göstərir”, – diplomat əlavə edib.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …