Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

“Silahlı terror təşkilatına üzvlük” ittihamı ilə axtarışda olan Yasir Gülen İstanbulda keçirilən əməliyyat nəticəsində tutulub.

Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən İstanbulda saxlanılıb.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Kəşfiyyat Şöbəsi Müdirliyi ilə koordinasiyalı şəkildə FETÖ üzvlərinin tutulması üçün əməliyyat aparıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Yasir Gülen, Bank Asya hesablarında artım müşahidə edilən və iddia edilən görüşlərdə iştirak edən Salih Gülənin oğlu, Ümraniyədə gizləndiyi ünvanda saxlanılıb.

Əməliyyat zamanı şübhəli polis bölməsinə aparılıb və onun üzərində istintaq işləri davam etdirilir.(Mili.az)

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …