Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?

Zaman-zaman məmurların bir-birinə borclu olması məsələsi gündəmə gəlib və mediada belə hallarla bağlı yazılar dərc olunub.

 

Boyukmillet.com xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə bir-birinə borclular arasında  Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə iləsabiq vergilər naziri Fazil Məmmədov var.

Belə ki, Abdullazadə PA-da işlədiyi vaxtlarda Fazil Məmmədovdan bir milyon dollar borc alıb və bu günə qədər də həmin borcu qaytarmadığı söylənilir. Hətta Fatma Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra Fazil Məmmədov nazir olduğu vaxtlarda borcunu geri almağa cəhd etsə də, xanım şöbə müdiri “imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina edib. Belə görünür ki, vəzifədən uzaqlaşdırılan Fatma Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

Adları borc məsələsində hallanan tərəflərlə əlaqə saxlayıb məsələni dəqiqləşdirməyə çalışsaq da, telefonlara cavab verən olmadı.

 

Boyukmillet.com

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir