Cümə , 22 Noyabr 2024
Drone Cameras

Favoritlərin qitə çempionatlarında 4-cü dueli, Fransa finalda uduzduğu rəqibə qarşı

Avropa çempionatının 1/4 finalında üz-üzə gələcək İspaniya və Almaniya milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) 8 dəfə qarşılaşıblar.

Boyukmillet.com xəbər verir ki, tərəflər hərəyə üç qələbə əldə ediblər, iki oyunda isə heç-heçə qeydə alınıb.

Hazırkı meydan sahibləri İspaniya ilə qitə çempionatlarında üç dəfə görüşüb. 1984 və 2008-ci illərdə (hər ikisi 0:1) məğlubiyyətlə üzləşən Bundestim AVRO-1988-də 2:0 hesabı ilə qalib gəlib.

Almaniya seçməsi “buğalar”ı qəbul etdiyi ilk oyunda (1935) uduzub – 1:2. Yığma həmin vaxtdan sonra bu rəqibə doğma meydanda yenilməyib – 5 qələbə, 3 bərabərlik.

1/4 final mərhələsinin digər matçında Fransa Portuqaliyanın müqavimətini qırmağa çalışacaq. Yığmalar qitə turnirlərində 4 dəfə qarşılaşıblar. İlk iki görüşdə fransızlar (1984; 3:2, 2000; 2:1) qalibiyyətə seviniblər. Portuqaliya isə növbəti iki dueldə rəqibinə uduzmayıb (2016; 1:0, 2020; 2:2). Fransa millisi bu komandaya 14 qarşılaşmanın yalnız birində yenilib ki, bu da 2016-cı ildəki Avropa çempionatının finalına təsadüf edib.

Tərəflər dünya çempionatlarında bir dəfə üz-üzə gəliblər. DÇ-2006-dakı yarımfinal matçında “xoruzlar” 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, İspaniya – Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da, Portuqaliya – Fransa qarşılaşması isə 23:00-da start götürəcək.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …