Cümə , 3 May 2024
Drone Cameras

Fazil Mustafadan gecəqondular və bələdiyyələrlə bağlı çağırış

Deputat Fazil Mustafa parlamentin plenar iclasında Bakıdakı gecəqondularla bağlı problemdən bəhs etdi. O, Bakının bir çox yerlərində olan gecenqondularda yaşayan insanların taleyinə toxundu.

“Bakıdakı gecenqondularda yaşayanlar müxtəlif yerlərindən gəlib yaşayırlar. Onlar məcburi köçkün deyillər. Biz necə edək ki bu insanlar öz dədə-baba torpaqlarında gedib mal-qaralarını saxlasınlar. Bakıya baxanda bir gecəqondu şəhəri olduğunu görmək olar”, – F.Mustafa bildirdi.

Deputat çıxışında dedi ki, Sulutəpədən başlamış, Bakının giriş-çıxışı gecəqondulara çevrilib. Deputatın sözlərinə görə, insanlar necə gəldi, məskunlaşıblar: “Qanunsuz evlərdə yaşayanların problemi çözülməlidir. Azərbaycan əhalisinin 10 faizə yaxını qanunsuz evlərdə yaşayır. Hansı icra hakimiyyətinə bələdiyyə sənədi aparılırsa, deyirlər keçərli deyil. Bir ölkədə ki, bələdiyyənin qərarı keçərli deyilsə, o halda ümumiyyətlə, bələdiyyənin fəaliyyətini dayandırılmalıdır. Yerinə baxmadan sərəncam veriblər. Bütövlükdə qanunsuz evlərin sənədləşdirilməsi məsələsi həllini tapmalıdır”.

F.Mustafa dedi ki, vaxtilə Türkiyədə Ankara daxil olmaqla hər yer gecəqondularla dolu idi. İndi o təpələrdə bir dənə qanunsuz ev tapa bilməzsən: “Nədən biz kiçik bir ölkədə bu problemi həll edə bilmirik?”

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …