Cümə , 22 Noyabr 2024
Drone Cameras

FETÖ-nun Azərbaycanda aşkar olunmayan ocaqları varmı…

Azərbaycan Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi yenidən FETÖ məsələsini gündəmə gətirdi. Dünən DİN adından yayılan rəsmi açıqlamada bildirildi ki, Qubad İbadoğlu Türkiyədən daxil olan məlumat əsasında FETÖ-ya qarşı həyata keçirilən əməliyyat çərçivəsində saxlanılıb.

Azərbaycanda FETÖ şəbəkəsinin dərin kök atması ilə bağlı çox danışılıb və yazılıb. Prezidentin sabiq köməkçisi Əli Həsənovun vəzifədə olduğu dönəmdə hökümətə yaxın olan əksər tanınmış KİV-lərdə Azərbaycanda FETÖ-nun olması ilə bağlı çeşidli materiallar yayımlandı. Ən maraqlısı bu idi ki, həmin məlumatlarda o vaxt vəzifədə çalışan bir çox şəxslərin adları konkret olaraq FETÖ ilə əlaqədə hallanırdı.

Ardınca , bu kampaniyanın nəticəsi olaraq, adları FETÖ ilə bağlılıqda hallanan bir çox şəxslərin vəzifələrindən uzaqlaşdırılmasının şahidi olduq. Proses bununla da bitdi. Sonra Əli Həsənov Prezidentin köməkçisi vəzifəsindən azad edildi. Belə məlumatlar yayıldı ki, zamanında Əli Həsənov əlindəki media resurslarından istifadə edərək, öz rəqiblərinə FETÖ damğası vurarmaqla, onların zərərsizləşdirilməsinə nail olub.

Bu məsələdə kimin haqlı olduğu ilə bağlı konkret nəsə deyə bilmərəm. Ancaq fakt budur ki, Azərbaycanın rəsmi qurumları hakimiyyətə iddialı olan fəal bir müxalif liderini və onunla bərabər bir neçə şəxsi bu adla həbs edir. Deməli, ölkəmizə bu təşkilat tərəfindən təhdidlərin olduğu rəsmən də təsdiqlənir. Sözügedən təşkilat mahiyyət etibarı ilə ölkələrin bütün strukturlarına sızmağı qarşısına məqsəd qoyur.

Bu baxımdan da, uzun müddət Türkiyədə hegemon mövqedə olan bu təşkilatın qonşu və qardaş Azərbaycana da nüfuz edə bilməsi və hazırkı məqamda gizli fəaliyyətə çəkilməsi inandırıcı görünür. Artıq sosial şəbəkələrdə bu örgütün izlərinin mediaya, hətta Milli Məclisə də gedib çıxa biləcəyi ilə bağlı: paylaşımlar edilir, şərhlər yazılır, ehtimallar səsləndirilir.

Bir neçə il bundan əvvəl, Azərbaycana səfər edən Türkiyə Parlamentinin sabiq sədri ölkəmizdə FETÖ ilə əlaqəli olan KİV-in fəaliyyət göstərdiyini açıq söyləmişdi. Həmin vaxt onun məlum açıqlaması Türkiyə KİV-ləri və bizim bəzi saytlar tərəfindən də tirajlandı.

İbadoğlu ilə bağlı son hadisə bir daha sübut edir ki, Azərbaycanda FETÖ töküntüləri ilə bağlı geniş araşdırmaların aparılmasına zərürət var. Bir təşkilat Azərbaycanla qardaşlıq edən bir ölkədə terror təşkilatı kimi tanınıbsa, deməli, onun ölkəmizlə bağlı da niyyəti xoş ola bilməz…

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …