Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib – FOTO

Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk konsert proqramı baş tutub.

Boyukmillet.com xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, incəsənət xadimlərinin iştirak edib.Mədəniyyət nazirinin birinci müavini Sevda Məmmədəliyeva çıxışında bəstəkarın yaradıcılığından söz açıb. O bildirib ki, “Nizami” simfoniya, “Sevil” operası, “Min bir gecə” baleti bəstəkarın musiqi irsinin qiymətli nümunələridir:

“Fikrət Əmirov yaradıcılığından saatlarla danışmaq olar. Sənətkarın yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi, dünyada Azərbaycan musiqinə verilən qiymətin göstəricisidir. Əslən şuşalı olan Fikrət Əmirov yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır”.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor, Əməkdar artist Fuad İbrahimov, və solist, Xalq artisti Yeganə Axundovanın ifasında bəstəkarın əsərləri səsləndirilib.

Qeyd edək ki, tədbir çərçivəsində Fikrət Əmirova həsr olunmuş musiqi albomunun təqdimatı keçirilib.Foto

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib - FOTO
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib - FOTO

Check Also

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” …