Bazar , 8 Fevral 2026
Drone Cameras

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır

Finlandiya hakimiyyəti ölkənin təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə sərhəddə sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır”, – daxili işlər naziri Krista Mikkonen bildirib.

Sənəddə deyilir ki, bu məqsədlər üçün sərhəd xidməti əlavə maliyyə alacaq. Şlaqbaumların tikintisi “Sərhəd mühafizəsi haqqında” qanuna dəyişiklikləri həyata keçirməyə imkan verəcək.

Bildirilir ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra miqrantların qəbulu mərkəzləşdirilmiş qaydada, xüsusi ayrılmış sərhəd-keçid məntəqələrində həyata keçiriləcək.

Check Also

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ …