Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

“Formula 1”: Azərbaycan Qran-prisində əsas yarış başladı

“Formula 1” üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb.

Boyukmillet.com xəbər verir ki, təxminən 2 saat sonra yarışın qalibi bəlli olacaq.

“Ferrari”nin sürücüsü Şarl Lekler iyunun 5-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.

Günün ilk yarısında “Hitech Grand Prix”dən Yuri Vips “Formula 2″nin qalibi olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Bakı şəhər halqasında “Formula 1” yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.

2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq (“Mercedes”) olub. Daniel Rikkardo “Red Bull Racing Honda” 2017-ci, Lüis Hemilton (“Mercedes”) 2018-ci, Valtteri Bottas (“Mercedes”) isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …