Cümə , 17 Aprel 2026
Drone Cameras

“Forum yeni iş birliklərinə imkan açacaq” – Aqil Ələsgər

“Azərbaycan və Türkiyə arasında qardaşlıqdan strateji müttəfiqliyə keçid var”.

Boyukmillet.com Yenicag.az- a istinadən  xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxışı zamanı “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

Aqil Ələsgər qeyd edib ki, Forum yeni əməkdaşlıqlara imkan açacaqdır:

“Azərbaycan və Türkiyə arasında qardaşlıqdan strateji müttəfiqliyə keçid var. İnanırıq ki, bizim bu Forum da yeni iş birliklərinə imkan açacaqdır. Verdiyi dəstəyə görə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə təşəkkürümüzü bildiririk”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …