Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Fransa lideri Rusiya səfərindən sonra Baydenlə danışa bilər

Amerika administrasiyası Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfərindən sonra ABŞ prezidenti Co Bayden ilə yeni təmasda olacağına ümid edir.

Boyukmillet.com  xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını şərh edərkən deyib.

ABŞ administrasiyası rəhbərinin rəsmi nümayəndəsi, Fransa liderinin Moskvaya səfərindən sonra Vaşinqtonun Bayden və Makron arasında yeni təmasda olacağına ümid edib-etmədiyini soruşduqda, “Əlbəttə, biz bunu gözləyirdik” deyə cavablandırıb.

Fransa hökumətinin sözçüsü Qabriel Attal isə bildirib ki, E. Makronun fevralın 7-də Moskvaya, sonra isə fevralın 8-də Kiyevə səfəri rəsmi Parisin Ukrayna ətrafında vəziyyəti deeskalasiya etmək səylərinin davamı olacaq.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …