Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Fransa sülhməramlıları Malidə toyu bombalayıb, 100 nəfər ölüb

Mali mərkəzinin naməlum nişanlı təyyarə tərəfindən bombalanması nəticəsində azı 20 dinc sakin ölüb, 20 nəfər yaralanıb.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “A Bamaco” mətbu orqanı məlumat yayıb.

Hadisə Mopti vilayətinin Duens şəhəri yaxınlığında Bunti yaşayış məntəqəsində baş verib. Məlumata görə, təyyarə toy mərasiminin iştirakçılarını bombalayıb.

Bildirilib ki, Malidə Fransa Hərbi Hava Qüvvələrinin təyyarələri uçur. Onlar ölkədə sülhməramlı missiyanı yerinə yetirirlər. Ehtimal edilir ki, toyu səhvən fransız təyyarəçiləri bombalayıb.

Şəhərin meri Adam Qriaba isə bombardman qurbanlarının sayının yüz nəfər olduğunu bildirib.

Check Also

İsrailin Livana PUA zərbəsi nəticəsində səhra komandiri öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda “İslam Müqaviməti” döyüşçülərini daşıyan …