Cümə , 29 Mart 2024
Drone Cameras

Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib

Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata görə, mütəxəssislər bu axşam Türkiyəyə çatacaqlar.

Xatırladaq ki, Böyük Britaniya Türkiyəyə 76 axtarış-xilasetmə mütəxəssisi göndərib.

Qeyd edək ki, bu gün Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalıt əkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb, 7634 nəfər yaralanıb. Təbii fəlakət zamanı 2824 bina dağılıb.

Check Also

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqladı

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb.  “Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan …