Cümə , 29 Mart 2024
Drone Cameras

Şahbaz Şərif: “Pakistan Türkiyəyə yardım edəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bunu hökumət başçısı tviterdə yazıb.

O, Türkiyədə baş vermiş zəlzələdə həlak olanlarla bağlı R.T.Ərdoğana başsağlığı verib: “Mən dövlət başçısına dedi ki, Pakistan bu çətin dövrdə türk qardaş və bacılarına kömək etmək üçün hər şeyi edəcək”.

Baş nazirin sözlərinə görə, bu gün Pakistan Türkiyəyə həkimlər, tibb işçiləri və xilasedicilərdən ibarət qruplar göndərəcək. O bildirib ki, dərman və digər zəruri yardım mallarını daşıyan təyyarə də tezliklə Türkiyəyə göndəriləcək.

Check Also

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqladı

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb.  “Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan …