Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fransadakı Azərbaycanın Dostları Assosiasiyası İrandakı səfirliyə hücumu pisləyib

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyib.

Bu barədə assosiasiyadan məlumat verilib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamberin adından yayılmış bəyanatda bildirilib ki, bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən müdhiş hücum xəbərini dəhşətlə və böyük kədər hissi ilə qarşılayıblar.

“Silahlanmış şəxs mühafizəçinin başına soyuqqanlılıqla atəş açıb, nəticədə bir nəfər qətlə yetirilib, iki nəfər yaralanıb. Biz təcavüzkarı nəzarət altına almağı bacarmaqla qırğına son qoymuş əməkdaşlardan birinin qəhrəmanlığını və cəsarətini xatırlamalıyıq.

Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvləri həlak olan səfirlik əməkdaşının ailəsinə, eləcə də bu çətin dövrdə xüsusi həssaslıqla yanaşdığımız bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər”, – bəyanatda qeyd edilib.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …