Çərşənbə , 8 May 2024
Drone Cameras

Fransanın keçmiş daxili işlər naziri maliyyə fırıldaqçılığına görə həbs edilib

Fransada məhkəmə keçmiş daxili işlər naziri Klod Qeanı (2011-2012) maliyyə fırıldaqlarına görə 6 ay müddətinə azadlıqdan məhrum edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

O, 2012-ci il parlament seçkiləri zamanı 30 000 avrodan bir qədər çox vergi endirimi almaq üçün kampaniya xərclərini bilərəkdən aşağı qiymətləndirməkdə ittiham olunur.

Əvvəlcə prokurorluq onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə onun 18 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Onlardan 12 ayı şərti cəzadır.

Klod Qean həmçinin dövlətdən alınan məbləği də qaytarmalıdır.

Məhkəmə həmçinin müdafiə tərəfinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin edib.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …