Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Fransanın siyasi elitasında parçalanma: Solçular ölkənin NATO-dan çıxmasını istəyir

“Tabe olmayan Fransa” solçu partiyasının qurucusu Jan-Lük Melenşon Fransanın sistemli və mütəşəkkil şəkildə NATO-dan çıxmasının tərəfdarıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə siyasətçi İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, alyans müharibə məntiqini ehtiva edir.

“Mən tərksilah və sakitləşmə məntiqini seçirəm. Yelisey sarayında olsaydım, təbii ki, sistemli və mütəşəkkil şəkildə vahid hərbi komandanlıqdan, NATO-dan çıxardım. Xüsusən də müharibə vaxtı, bu söhbətlərə qarışmamaq üçün”, – Melenşon bildirib.

O əlavə edib ki, Aİ-nin Ukraynaya yardım üçün gördüyü tədbirlər yenə təsdiqlənərdi və Fransa bu ölkəyə yardımı dayandırmazdı.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …