Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər – Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, qonaqları salamlayan Komitə sədri xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.

Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …