Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fuad Nağıyev: “Azərbaycana gələn xarici turistlərin sayı 2026-cı ilədək 4 milyona çatdırılacaq”

Azərbaycana gələn xarici turistlərin sayını 2026-cı ilədək 4 milyona, yerli turistlərin sayını isə 6 miıyona çatdırılması planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş hesabat tədbirində çıxışı zamanı deyib.

“Koronavirus (COVID-19) pandemiyasından sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir. Bu ilin yanvar-avqust aylarında Azərbaycana artıq 1,344 milyon turist səfər edib”, – F.Nağıyev bildirib.

Onun sözlərinə görə, qarşıdakı 4 ildə ümumi daxili məhsulda (ÜDM) turizm sektorunun payını 2019-cu ilə nisbətən 1,5 dəfə artırılması gözlənilir: “Ümumilikdə isə hər il ÜDM-də turizm sektorunun payını 20 % artırmağı düşünürük. Həmçinin turistlərin xərcləmələrinin də artaraq 10 milyard manata çatdırılması planlaşdırılır.

Bütün bunlara nail olmaq üçün ATAA-nın üzərinə də çox böyük məsuliyyət düşür. Ümid edirəm ki, biz birlikdə bu nəticələrə nail olacağıq”.

Check Also

Tunisdə yeni turist vergisi tətbiq ediləcək

Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək. Boyukmillet.com xəbər verir ki, yeni vergi turistləri …