Cümə , 5 Dekabr 2025
Drone Cameras

Füzuli Teatrı yeni mövsümü “Yaddaş” tamaşası ilə açacaq

Füzuli Dövlət Dram Teatrı 33-cü mövsümü oktyabrın 25-i saat 13:30-da Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə açacaq.

Bu barədə  Teatrdan məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, müsiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf olunur. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yaxın günlərdə yeni repertuarını təqdim edəcək.

Check Also

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə …