Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Füzulinin I yaşayış məhəlləsində yaşayan ailələrin sayı 846-ya çatdırılacaq

Füzuli şəhərində I yaşayış məhəlləsinə köçürüləcək ailələrin sayı 846-ya çatdırılacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.

O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb.

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramına əsasən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır”, – deyə F.Hacıyev vurğulayıb.

Check Also

Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”

Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin adı ilə …