Bazar , 11 Yanvar 2026
Drone Cameras

Gələn həftə hava şəraiti sabit keçəcək, temperatur yüksələcək – PROQNOZ

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskin olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

Check Also

Bakıya qar yağacağı tarix açıqlandı

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq. Yanvarın 16-dan etibarən …