Cümə , 22 Noyabr 2024
Drone Cameras

Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minalardan təmizlənəcək

“Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son üç ildə 113 698 ərazi minalardan təmizlənib. 30 763 piyada əleyhinə, 18 546 tank əleyhinə mina, 60 623 partlamamış hərbi sursat aşkarlanıb.

“Axtarışlara 2 075 nəfərlik əməliyyat heyəti, 63 minatəmizləyən maşın, 151 minaaxtaran it cəlb olunub. Bu il üçün təmizlənməli olan 50 min hektar ərazi müəyyən edilib. Bu, builki iş planıdır, növbəti il iş planı 60-65 min hektar ərazini əhatə edəcək”, – F.İsayev qeyd edib.

O əlavə edib ki, mina təhlükəsi ilə mübarizəyə dövlət xüsusi diqqət göstərir: “İnsanlarımızın öz yurdlarına qayıtması üçün mina probleminin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi vacibdir”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …