Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Gəncə yaxınlığında eşidilən partlayış səslərinin səbəbi açıqlanıb

Müdafiə Nazirliyi Gəncə şəhəri yaxınlığında eşidilən partlayış səslərinin səbəbini açıqlayıb.

Nazirlikdən  bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

“Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Gəncə şəhəri yaxınlığında partlayış səsləri eşidilib.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …