Bazar , 19 Yanvar 2025
Drone Cameras

Gəncədə bayram namazı qılınıb

Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahında və bütün məscidlərdə Ramazan bayramı namazı qılınıb.

Boyukmillet.com xəbər verir ki, ziyarətgahda qılınan bayram namazında Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk də iştirak edib.

Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

Check Also

Azərbaycan məscidlərində təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq

Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq. Bu …