Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Gəncədə sərxoş şəxs öz evinə od vurub -FOTO

Gəncə şəhərində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir.

Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb.

Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər alovun qonşu binalara keçməsinin qarşısını alıblar.

Qeyd edək ki, bu, Ş.Hüseynovun ilk oxşar hadisəsi deyil. Sözügedən şəxs daha əvvəl də bir neçə dəfə sərxoş vəziyyətdə evdə yanğın törədib.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …