Gəncədə Zəfər Gününə həsr olunan silsilə tədbirlərə başlanılıb.
Boyukmillet.com “Report”un Qərb bürosunun məlumatına istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq şəhər sakinləri şanlı bayraqlarla bəzədilmiş avtomobilləri ilə mərkəzi küçə və prospektlərdə avtoyürüş keçiriblər.
Gəncənin İstiqlal parkında 8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbirində Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı olub.
Daha sonra Gəncə şəhəri Heydər Əliyev Park-Kompleksinin ərazisində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçiriləcək.
Axşam saatlarında isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı olacaq.
Sonda saat 20:00-da Gəncənin Heydər Əliyev adına baş meydanında 8 Noyabr – Zəfər Gününə həsr olunan möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.