Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Gənclər Təşkilatı qazilərə psixoloji dəstək aksiyaları keçirib

Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağdam və Bərdə şəhərlərində qazilərə psixoloji dəstək aksiyaları keçirib.

Boyukmillet.com xəbər verir ki, Ağdamda tədbir rayonun işğaldan azad olunmasının birinci ildönümü münasibətilə təşkil edilib.

Təşkilatın sədri Mərziyyə Aslan deyib ki, aksiya zamanı Vətən müharibəsində iştirak etmiş 20 nəfər qaziyə psixoloji və sosial yardım göstərilib. Bərdə şəhərində isə 20 qazi psixoloji dəstək proqramına cəlb olunub.

M.Aslan qeyd edib ki, “Qazilərə psixoloji və sosial dəstək” layihəsi çərçivəsində 60 nəfər qaziyə psixoloji və sosial yardımın göstərilməsi nəzərdə tutulsa da, ümumilikdə təşkilatın indiyədək keçirdiyi aksiyalardan 90 qazi faydalanıb.

Qeyd edək ki, Maarifçi Gənclər Təşkilatının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi bu layihə çərçivəsində ilk tədbir noyabrın 13-də Bakı şəhərində təşkil edilib.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …