Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedib

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin “Report”a verdiyi məlumata görə, nazir Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova ilə görüşəcək və onun çıxışlarını izləyəcək.

19 yaşlı idmançı özü bu gün Çinin paytaxtında olacaq.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Digər fiqurlu konkisürən Vladimir Litvintsev olimpiadanı 18-ci pillədə başa vurub. Ryabova fevralın 15-də qısa proqramda məharətini göstərəcək. O, “24-lüy”ə düşəcəyi təqdirdə fevralın 17-də sərbəst proqramda yarışacaq.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …