Şənbə , 21 Noyabr 2026
Drone Cameras

Gənclər və idman naziri Şuşada basketbol oynayıb

Şuşa 3×3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir.

Boyukmillet.com xəbər verir ki, bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil olunub.

Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib.

Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin kollektivi qalib gəlib. Gənclər və idman naziri Fərid Qayıbov da qarşılaşmada iştirak edib.

Check Also

Prokuror müxalifətçi hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istəyib

Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 …