Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

General Cəlal Arutyunyan belə məhv edilib

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.

Azərbaycan hakimiyyəti Calal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …