Şənbə , 20 Aprel 2024
Drone Cameras

Göksəl Gülbəy : “Azərbaycanın Naxçıvan stendi ilə sərgidə iştirakı əsassız erməni yalanlarına böyük zərbədi”

Xəbər verdiyimiz kimi, Türkiyənin Van şəhərində “X Van Şərqi Anadolu Turizm və Səyahət Sərgisi” keçirilib. Sərgidə ilk dəfə ölkəmiz “Naxçıvan Muxtar Respublikası” stendinən təmsil olunub.

Göksəl Gülbəy : “ Qardaş ölkə Azərbaycanın,özəlliklə Naxçıvan Muxtar Respublikasının böyük turizm potensialı var. Azərbaycanın xüsusilə “Naxçıvan Muxtar Respublikası” stendi ilə sərgidə iştirakı əsassız erməni yalanlarına böyük zərbədi”.

Bu sözləri sərgi zamanı naxcivanxeberleri.coma müsahibəsində Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib.

Bildirib ki, hazırda Azərbaycan Respublikası böyük sürətlə inkişaf edir.Bu inkişaf onun düşmənlərini narahat edir. Mənfur düşmənlərimiz olan ermənilər müxtəlif sərgilərdə saxtakarlıq edərək Azərbaycanın milli mədəniyyətini, tarixini,mətbəxini və s. özününküləşdirərək nümayiş etdirir. Keçirilən sərgidə saxtakarlıqla məşğul olan ermənilərin iştirakının qarşısını almaq bizim qələbəmizdi.

Sərgidə Azərbaycanın “Naxçıvan Muxtar Respublikası” stendi ilə çıxış etməsi əsassız erməni yalanlarına böyük zərbədi. Sərgidən göründüyü kimi Naxçıvan Muxtar Respublikasında böyük turizm imkanları var.Ən müasir otellər,tarixi abidələr,şəhərin təmizliyi şəhərə xüsusi gözəllik verir. Naxçıvan qədim Şərq memarlığını özündə saxlayan və müasir Avropanı özündə təcəssüm etdirən bir diyardı.İnanıram ki, bu sərgidən sonra Naxçıvana gələn qonaqların sayında kəgin artım olacaq.Çünki, sərgi iştirakçıları əyani surətdə “Naxçıvan Muxtar Respublikası” stendindən bura barədə geniş və vizual şəkildə məlumat ala bilirlər.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …