Cümə axşamı , 9 Aprel 2026
Drone Cameras

Göyçədə ermənilər təlaşda: “Bu gecə əhali kəndləri boşaltdı”

Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəlir. Kəlbəcər-Göyçə sərhədində dünəndən başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb.

Boyukmillet.com xəbər verir ki, Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tək edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar. Yerli sakinlərin mediaya bildirdiyinə görə əsasən qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə çıxarılıb. “Elə yerlər var ki, kənd tamamilə boşaldı bir gecədə. Çünki, silah səsləri evimizin içində eşidilir. Azərbaycan hərbçilərinin əks hücumu qəfil başladı. Sanki, ildırım çaxırdı. Belə bir şəraitdə bu kəndlərdə yaşamaq və təsərrüfatla məşğul olmaq mümkünsüz görünür”- deyə kənd sakini bildirir.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …