Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Göyçayda Ramazan bayramında şəhidlər ziyarət olundu, şəhid bulaq komplekslərinin açılışı oldu

Mayın 13-də rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri Ramazan bayramı münasibətilə Şəhidlərimizin məzarlarını ziyarət etmiş və şəhidlərin adına inşa olunmuş bulaq komplekslərin açılışında iştirak ediblər.
Rayon rəhbərliyi Göyçay şəhərində və Çərəkə kəndində yerləşən Şəhidlər Xiyabanında olmuş, həmçinin Ərəbcəbirli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzmüşlər.
Sonra şəhərin Nizami küçəsində Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və Bığır kəndində Şəhid Qüdrət Əzizovun adına inşa edilmiş bulaqların açılışında iştirak etmişlər.
Şəhidlərin valideynləri ilə söhbət zamanı şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılmışdır.
Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ruhuna dualar edilmişdir.

Check Also

Gözdən əlilin pensiyasını Xətai icra şöbəsi saxtalıqla yeyir

Bazar günü qətnamə tərtib edən icra məmuru ağır cinayətlərə necə hakimlik edir? Bu günlərdə bir …