Şənbə , 27 Aprel 2024
Drone Cameras

Göygöl ağsaqqalları deputatlığa namizəd Mövsüm Aslanova öz xeyir-dualarını veriblər

Yanvarın 19-da Goygöl rayon Ağsaqqallar Şurasında 101 saylı Göygöl-Daşkəsən dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovla görüş keçirilib. Göygöl Ağsaqqallar Şurasının sədri Abdulla Qasımov namizədə rayon ağsaqqalları adından öz xeyir duasını verərək bildirib ki, indi hər kəs ölkədə gedən islahatların bir parçasına çevrilməlidir: – “Biz ağsaqqalların bir arzusu var, parlamentdə layiqli insanlar təmsil olunsun. Prezidentimiz İlham Əliyevin apardığı siyasi, iqtisadi, mədəni siyasətinin dəqiq ünvanlara çatmasında yardımçı olacaq, onu anlaya biləcək millət vəkillərimiz meydana çıxsın. Oğul, biz sənin nəsil-nəcabətini, ata-babalarını tanıyırıq, bu vaxta kimi keçdiyiniz fəaliyyət yoluna bələdik. Nəsillikcə dövlətimizə xidmətinizin və sadiqliyinizin şahidi olmuşuq. İlk görüşünü də bizimlə keçirməyin bunu deməyə əsas verir ki, sən adət-ənənələrə sadiq, əxlaqlı, mənəviyyatlı bir adamsan. Bütün rayon ağsaqqalları adından sənə uğurlar arzulayırıq. Özü də mən əminliklə demək istəyirəm ki, oğul, sən qalib gələcəksən. Yolun açıq olsun!”
Sonra digər ağsaqqallar da deputatlığa namizəd Möhsüm Aslanova öz ürək sözlərini deyib, tövsiyyələrini çatdırıblar.
Sonda rayon ağsaqqalları ilə xatirə şəkli çəkilib.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …