Cümə axşamı , 8 May 2025
Drone Cameras

Göygöl sakinlərində narkotik və silah aşkar edilib

Göygöl sakinlərində narkotik və silah aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elsevər Qəmbərov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitələr – “tiryək” və “heroin” müvafiq ekspertizaya təqdim edilib.

Bundan başqa, şöbə əməkdaşları tərəfindən gələcəkdə baş verə biləcək cinayətlərin qarşının alınması məqsədilə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirlən tədbirlər nəticəsində rayon sakini Ceyhun Mərdanov saxlanılaraq polis şöbəsinə gətirilib. C.Mərdanovun üzərindən 1 ədəd qundağı və lüləsi kəsilmiş, istifadəyə yararlı 12 kalibirli tüfəng aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Daha bir QHT sədri barəsində cinayət işi açıldığı, axtarış elan olunduğu bildirilir

Dediyinə görə, Baş Prokurorluqdan göndərilən məktubda o, 87 min dollar vəsaiti mənimsəməkdə ittiham olunur “Şəffaf …