Cümə , 22 Noyabr 2024
Drone Cameras

Güc birlikdədir, evdə qalaq sağlam olaq!

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  Gənc Vətənpərvərlər İctimai  Birliyi “Evdə qalaq”–  “Sizin sağlamlığınız Sizə tapşırılır!” adlı layihə çərçivəsində  monitorinq aparmaqda davam edir.          

COVID-19  koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində bu infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi. COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır.

Vəziyyəti mürəkkəbləşdirən faktlardan biri də odur ki, virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamət və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80 faiz) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertoniya, ürək problemləri və ya şəkərli diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmək ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2 faiz təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır. Bununla bağlı QHT Dövlət Dəstəyi Şurasının malliyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi onlayn  vastəsilə koronavirusa qarşı kampaniyanın aparılmasını təşkil edir. 

Bildiyiniz kimi son zamanlar respublikamizda,  eyni zamanda dunya ölkələrində pandemiya ilə bagli müxtəlif ksmpaniyalar keçirilir. Bu kampaniyaların  da əsas məqsədi ondan ibarətdir ki,  yaranmis virusa qarşi muvafiq tədbirlərin və kampaniyalarin həyata  keçirilməsi gundəmdə qalsın.

Mövzu ilə əlaqədar  GVİB  Azərbaycanin milli -mənəvi dəyərlərinə,  adət – ənənələrinə, gigiyenik  qaydalarına  riayət olmasını  və yerlərdə təbliğat – təşviqat işlərinin aparılmasını,   eyni zamanda karantin rejimini pozanların ictimai qınağa cevirilməsini təbliğ edir. Çünki zaman ictimai təşkilatların  bu sahədə fəal  olmasını tələb edir. Onu da qeyd etmək istəyirəm ki, ictimaiyyətdə, ümumtəhsil müəssisələrində, əyləncə mərkəzlərində , idman cəmiyyətlərində və s yerlərdə  gənclərin   bir birinə  sarmaşıq kimi  sarılması, öpüşmələri pandemiyanın yoluxmasının  başlanğıcına çevrilir.

Qədim turk tayfalarının ənənəsinə  nəzər salsaq, görərik ki, onlar   həmişə sol əl ürəyin üzərində tutaraq  salamlaşıblar. Bu gun əgər pandemiyadan sohbət gedirsə, butun movzular insanların ara məsafəsi saxlaması,  bir birinə yaxin durmaması,  tibbi  qoruyucu maskadan istifadə, gigiyenik qaydalara riayət edilməsi barədə olmalıdır. Cənab Prezident son günlər  Gəncə şəhərində olarkən belə bir fikir  səsləndirdi ki, tibbi maskadan hər bir şəxs istifadə etməlidir. Əgər bütün dunya ölkələri maska taxaraq ozunu qoruyursa,  biz niyə bu qaydaya əməl  etməyək?      

Son zamanlar sosial şəbəkələrdə bir cox insanlarin pandemiya ilə əlaqədar   yalan ifadələr işlətməsi həqiqətən  bizi çox narahat edir. Biz belə avantüranı dəstəkləmirik və ona görə də, bu fikri səsləndirirəm ki, hər bir sahədə gənclər və qeyri hokumet teşkilatları  bütün movzularını maarifləndirməyə həsr etməli, belə  halları ictimai qınaga cevirməlidirlər. 

Mən hesab edirəm ki, gənclər təşkilatı Azərbaycanda fəaliyyətdə  olan ictimai-siyasi xadimlərdən tutmus, siyasi partiyalara kimi , millətindən, mənsubiyyyətindən,  irqindən asili olmayaraq,   hər birimiz bir vvtənpərvər olaraq, Azərbaycan Respublikasının suyunu, havasını uduruqsa, vətənsevər olmalıyıq.   Vətənsevərlik də ondan ibarətdir ki, biz istənilən mübarizədə, döyüşdə öndə olmalıyıq. Fəxr edirik ki,  biz artiq döyuşdəyik. Vətəni hər an qorumağa hazır olmalıyıq. Hazir olmaq ucun də,  bu gun yaranmış bu koronavirusla bağlı  bütün  qaydalara  riayət etməli, evdə qalmalı və bayıra çıxırıqsa, mütləq  sms icazə ilə cıxmalı, qaydalari pozmamaq sərti ilə, ən onəmli olan tibbi qoruyucu maskadan istifadə etməklə çıxmalıyıq.

İnanıram ki, bu bəladan tezliklə  qurtarıb  yeni uğurlu layihələrə imza atacağıq.

Güc birlikdədir, evdə qalaq sağlam olaq!

Müqamət ƏLİYEV,
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …