Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Güləşçimiz dünya çempionu oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan idmançısı Turan Bayramov finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyası xəbər verir ki, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov ilk görüşdə kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala adlayıb.

Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. T.Bayramov ilk hissəni 0:1 hesabı ilə geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …