Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Güllələnən azərbaycanlı tələbələr deportasiya olundu

Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı insidentə məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.

Boyukmillet.com xəbər verir ki, Kiyev şəhər Peçerskiy rayon polisi hər iki şəxsin polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında barələrində məhkəmə tərəfindən Azərbaycana deport olunma qərarı çıxarıldığını açıqlayıb.

Deportasiya səbəb olaraq xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.

Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki nəfər azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdandan açılan atəş nəticəsində yaralanmışdılar. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …