Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Güllələnərək öldürülən vəkil Firudin Ələkbərli kimdir? – FOTOLAR

Firudin Ələkbərli Tovuz rayon Xalq məhkəməsinin (indiki Tovuz rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.

Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. Sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunub.

“Göl Əli” kimi tanınan şəxs Tovuz rayonunda məhşur “Qaz Qulu” adlanan gölün müdiridir.

Rayonda çox imkanlı adam kimi tanınır.

Firudun Ələkbərli Milli Azadlıq Hərəkatının fəal üzvlərindən və Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. O, hər zaman ictimai-siyasi fəallığı ilə seçilib. Son vaxtlar ərzində də “AzerFreedom” kanalında müxtəlif ifşaedici materiallarla çıxış edirdi.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …