Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Gülşad Məmmədova: “Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s çatacaq”

“Xəbər verdiyimiz kimi ölkədə küləkli hava şəraiti dava edir. Şimal-qərbdən ölkə ərazisinə daxil olan soyuq hava kütlələri nəticəsində dekabrın 28-də gecə saatlarından başlayaraq hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında isə 25-28 m/s çatır:

“Güclü külək gün ərzində davam edəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s çatacaq. Axşam saatlarından tədricən zəifləyəcək. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin, hündür ağacların altında dayanmaq məsləhət görülmür”.

Check Also

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanan limanlar açıqlanıb

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal …