Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Güney azərbaycanlı şair 92 yaşında vəfat edib

Güney Azərbaycanın Marağa şəhərində yaşayan Mirza Hüseyn Kərimi Marağayi vəfat edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Güney Azərbaycana bağlı informasiya mənbələri yayıb.

Bildirilib ki, o, Marağada müalicə olunduğu “Əmir əl-Möminin” xəstəxanasında 92 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, o, 1931-ci ildə Marağa şəhərində anadan olub. İranda Azərbaycan türkcəsində məktəbin olmamasına baxmayaraq tanınmış satiraçı şeirlərinin demək olar ki, hamısını Azərbaycan türkcəsində yazıb. İranda siyasi, ictimai və mədəni hadisələrə dair çatışmazlıqları satira dilində qələmə alan Mirzə Hüseyn Kəriminin yaradıcılığı güney azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanırdı.

Check Also

Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib

BMT Baş Assambleyası “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı …