İranda tanınmış hüquq müdafiəçisi, fotoqraf, İranda Mətbuat Azadlığının Müdafiəsi Assossiyasının sədr müavini və keçmiş siyasi məhbus Aliyə Mətləbzadənin Tehrandakı mənzilinə hücum edilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə onun qızı Qəzəl Abdullahi sosial media hesabında paylaşım edib.
O, təhlükəsizlik məmurlarının evdə axtarış apardıqlarını, Aliyə Mətləbzadəyə məxsus şəxsi əşyaların, o cümlədən telefon və kompüterinin müsadirə edildiyini yazıb.
Qəzəl Abdullahi, həmçinin, anasının Evin həbsxanasının prokurorluğuna çağırıldığını bildirib.
Qeyd edək ki, Aliyə Mətləbzadə İran həbsxanalarında qadınlara qarşı zorakılıqlar barədə verdiyi açıqlamalara görə təzyiqlərə məruz qalıb.